Bakıda kanalizasiya quyusunun qapağını oğurlayan saxlanıldı - FOTO

Bakıda yağış sularının axıdılması üçün nəzərdə tutulan kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Avtomobil Yolları Dövlət Agentliyindən Xəzər Rayon Polis İdarəsinə Aeroport-Buzovna istiqamətində yol kənarında yağış sularının axıdılması üçün nəzərdə tutulan 102 ədəd kanalizasiya quyusunun qapaqlarının oğurlanması barədə şikayət ərizəsi daxil olub. Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Şöbəsi əməkdaşları tərəfindən “isti” izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Cavidan Cabbarov tutulub. Saxlanılan şəxs ifadəsində həmin qapaqları oğurlayaraq metal qəbulu məntəqələrinə satdığını bilirib. Polis Şöbəsində C.Cabbarovun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış aparılan zaman narkotik maddə olan 0,254 heroin də aşkar olunaraq götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Emin
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY















