Bakıda kişini və arvadını döyərək 25 000 manat pulunu alan şəxslər saxlanılıblar

Bakıda kişini və arvadını döyərək 25 000 manat pulunu alan şəxslər saxlanılıblar. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə ki, oktyabrın 7-də saat 22 radələrində paytaxtın Nizami rayonunun Şərifli küçəsindəki evlərin birinin girişində 2 naməlum şəxs Bakı şəhər sakini R.Sadıqovu və onun arvadını döyərək içərisində 25.000 manat olan bağlamanı qadından alıb. Bu zaman R.Sadıqov onlardan birini saxlayıb və polis əməkdaşlarına təhvil verib. Digər şəxs isə pulla birgə qaçıb aradan çıxıb. Nizami rayon Polis idarəsinin 25-ci polis şöbəsində aparılan araşdırmalarla quldurluğu törətməkdə şübhəli bilinərək saxlanılan şəxsin Bakı şəhər sakini Balağa Nuriyev olduğu müəyyən edilib. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qrupun digər üzvü də qısa müddətdə müəyyən edilib. Beyləqan rayon sakini Faiq Ağayev də polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan












