Bakıda kriminal avtoritetə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və xuliqanlıqda təqsirləndirilən "Polojeniya Anar" ləqəbli Anar Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. "Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror çıxışında onun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttihama görə, A.Məhərrəmov istintaqa məlum olmayan bir qrup şəxslə Səbail rayonu ərazisində yerləşən "Night Office" gecə klubunda Kamran Hüseynov adlı şəxsin onunla birlikdə olan qıza sataşdığını əsas gətirərək sonuncunu döyüb. K.Hüseynova yumruq və təpik zərbələri vurub. Beləliklə, K.Hüseynovun müxtəlif dərəcəli bədən xəsarəti almasına səbəb olub.
A.Məhərrəmovun üzərinə baxış zamanı narkotik vasitə də aşkar edilərək götürülüb. A.Məhərrəmov kriminal aləmdə "Polojeniya Anar" kimi tanınıb.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












