Bakıda küçə itləri insanlara belə ÖRNƏK OLDU - VİDEO

Azərbaycanda yol hərəkət qaydalarına riayət edərək piyada keçidindən keçən itlərin görüntüləri yayılıb. Avtosfer.az a24.az-a istinadən xəbər verir ki, görüntülər paytaxt ərazisində lentə alınıb. Belə ki, yolun digər hissəsinə keçmək istəyən bir sürü it piyada zolağından istifadə etməklə hər kəsi təəccübləndirib. Maraqlısı odur ki, sahibsiz küçə itləri yolun qadağan olunmuş yerlərindən deyil, “Zebra” tipli üfüqi nişanlama xətlərinin üzərindən nizamlı şəkildə keçir. Küçə itlərinin yol hərəkəti qaydalarına riayət etməsi sürücülər arasında da maraqla qarşılanıb. Belə ki, bəzi sürücülər küçə itlərinin piyada zolağından keçdiyi zaman avtomobillərini saxlasalar da, bəzi sürücülər yol hərəkəti qaydasını pozaraq piyada zolağından keçən canlıların həyatı üçün təhlükə yaradıblar. Amma buna baxmayaraq, “Zebra” üzərində olan itlər qayda pozaraq hərəkət edən digər nəqliyyat vasitələrinin keçməsini gözləyib.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












