Bakıda külli miqdarda oğurluq: 200 min manat pul, 100 min manatlıq qızıl... - VİDEO

Bakıda mənzildən 210 min manat pul və 100 minlik qızıl oğurlanıb. Hadisə martın 19-da gecə saat 3 radələrində Qaradağ rayonu Sahil qəsəbəsində baş verib. Mənzilin sahibi Aydın Sultanov ərazi üzrə 38-ci polis bölməsinə məlumat verib ki, evdə olmadıqları vaxt pəncərədən içəri girən şəxslər ordan 210 min manat pul və 100 minlik qızıl oğurlayıblar. Zərərçəkmiş hadisədən bir gün sonra xəbər tutub. Bölmə əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aydın Sultanovun evini qarət edən Şamaxı rayon sakini Yadigar Dadaşov, Sahil qəsəbə sakinləri Dünyamalı Güləliyev və əvvəllər məhkum olunmuş Osman Məmmədov saxlanılıblar. Onlardan 210 min manatdan cəmi 140 min manatı aşkar edilərək götürülüb. Oğurluq pulların bir hissəsini isə Ucar rayonu ərazisində basdırdıqlarını deyiblər. Qızılların isə 30 minlik hissəsi hələki aşkar edilməyib. Faktla bağlı Qaradağ rayon polis idarəsində cinayət işi başlanıb. Dəstənin digər cinayətlər törədib törətməmədiyi araşdırılır.
Paytaxtın Nərimanov rayonunda isə gecə klubunda qadın əcnəbini qarət edib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 21-də Nərimanov rayonu ərazisində yerləşən klubda İran vətəndaş Cavad Nuravkən Davudun cibindən içərisində 14 min dollar, sürücülük vəsiqəsi, hərbi bilet və bankomat kartları olan pul kisəsi oğurlanıb. 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini Məftunə Mehdiyeva saxlanılıb. Onun Nəsimi Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin oğurluq və soyğunçuluq maddələri ilə axtarışda olması da müəyyən edilib.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












