Bakıda Lapis–Lazuli Route bağlı məsələlər müzakirə ediləcək

Türkmənistanın Baş nazirin nəqliyyat və rabitə məsələləri üzrə müavini Mammetxan Çakıyev Azərbaycana səfər edəcək. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, səfərdə Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Lapis–Lazuli Route nəqliyyat-tranzit dəhlizi ilə bağlı məsələlər müzakirə ediləcək. Qeyd edək ki, bu dəhlizin Əfqanıstanın Herat əyalətindəki Torqundi şəhərini Xəzər dənizi sahilindəki Türkmənbaşı limanı ilə birləşdirəcəyi, daha sonra dəhliz Xəzər vasitəsilə Bakı və Tbilisidən keçməklə Türkiyəyə, oradan isə Avropaya uzadılacaq. Lapis–Lazuli Route nəqliyyat-tranzit dəhlizinin yaradılması ilə bağlı saziş Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə tərəfindən 2017-ci il noyabrın 15-də Əfqanıstana dair VII Regional İqtisadi Əməkdaşlıq Konfransı (RECCA - Regional Economic Cooperation Conference on Afghanistan) çərçivəsində imzalanıb. Bu sənədin reallaşdırılması regionun iqtisadi inteqrasiyasını yüksəltməyə və ticarət həcmini xeyli dərəcədə genişləndirməyə yönəlib. Lapis–Lazuli Route beynəlxalq nəqliyyat dəhlizi Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə yükdaşımaların həcmini artırmaq üçün yeni imkanlar yaradır. Eyni zamanda, bu nəqliyyat dəhlizi geniş geoiqtisadi məkanda, o cümlədən Mərkəzi və Cənubi Asiyada, Xəzər, Qara dəniz, Aralıq dənizi hövzələrində əməkdaşlığın möhkəmlənməsinə kömək edəcək.
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO - YENİLƏNİB
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB










