Bakıda mağazadan alınan məhsul kiflənmiş çıxdı - VİDEO

Vətəndaşın mağazadan aldığı yoqurt kifli çıxıb. Halbuki məhsulun istifadə müddəti başa çatmayıb. Bu məsələni qida ekspertləri ilə danışdıq və belə halların səbəblərini aydınlaşdırmağa çalışdıq. Qida Təhlükəsizyliyi Agentliyindən isə bildirildi ki, vətəndaşlar bu kimi hallarla rastlaşdıqda dərhal agentliyin qaynar xəttinə məlumat versinlər. Məhsulun istifadə müddəti bitməsə də, yoqurtun üzü kif bağlayıb. Vətəndaş mağazadan yoqurt alıb və belə bir mənzərə ilə qarşılaşıb. Qida mütəxəssisi İsa Əliyev deyir ki, süd məhsullarının istehsal prosesində "soyuq zəncir" prinsipinə riayət edilməlidir. Yəni istehsalat zamanı məhsulun içərisində mikroorqanizmlər yoxlanıldıqan sonra, onun soyuq şəraitdə saxlanılması vacib şərtlərdəndir. Qida mütəxəssisinin sözlərinə görə, ərzaq məhsullarına qatılan qoruyucu maddələrə rəğmən, yenə də məhsul kiflənirsə, deməli, istehsal yerində natəmiz və antisanitar şərait mövcuddur. Vətəndaşlar da belə hallarla tez-tez rastlaşdıqlarını deyirlər. Qida Təhlükəsizliyi Agentliyindən isə bildirildi ki, bu cür hallarla rastlaşdıqda agentliyin 1003 nömrəli qaynar xəttinə məlumat verilsin. Bundan sonra qurumun mütəxəssisləri dərhal araşdırma aparacaqlar.
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA










