Bakıda mağazaya basqın edən qrup üzvlərinə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Rasim Bəşirzadə və Turan Mirzəzadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə R.Bəşirzadə 9 il 6 ay və T.Mirzəzadə isə 9 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə bu il avqustun 9-da Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki mağazalardan birində baş verib. R.Bəşirzadə və T.Mirzəzadə həmin mağazaya gələrək mağaza sahibi Əkbər Hacıyevi yumruqla vurub, kassadakı 1000 manat pulu aparıb. Nərimanov rayon Polis idarəsinin 17-ci polis şöbəsi və Ağcabədi rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs saxlanılıb. Onların barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT
TƏBİB Səhiyyə Nazirliyinə verildi: Minlərlə işçini nə gözləyir?
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF












