Bakıda məktəb yandı - VİDEO

Bakıda məktəbdə yanğın olub. Hadisə zamanı 8 sinif və direktorun otağı yanaraq yararsız hala düşüb. Yanğın səhərin erkən saatlarında baş verdiyindən məktəbdə şagird olmayıb. Avtosfer.az xəbər verir ki, yanğına səbəb elektrik naqillərindəki qısaqapanma olub.
Hadisə səhər saatlarında paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindəki, Laçın rayonundan olan məcburi köçkünlər üçün nəzərdə tutulan İmanlar kənd orta məktəbində baş verib.
Yaxınlıqdakı elektrik dirəyindən məktəbə daxil olan naqillərdə külək səbəbindən qığılcım yaranıb. Qəfildən başlayan yanğın tez bir zamanda məktəbin sinif otaqlarına keçib. Hadisə zamanı 8 sinif və direktorun otağı yanaraq yararsız hala düşüb.
Məktəbin direktor müavini Elbrus Nəsibovun sözlərinə görə, hadisə zamanı məktəbdə şagird olmyaıb.
Hadisə yerinə gələn rayon Dövlət Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası alovun qarşısını alıb. Hadisə zamanı xəsarət alan və yaralanan olmayıb. 150 kvadratmetrlik məktəbin 102 kvadratmetr hissəsi yanaraq yararsız hala düşüb. Bütün bunlara baxmayaraq, 120 şagirdin tədrisi davam edir.
Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirib ki, hadisə hazırda müvafiq qurumlar tərəfindən araşdırılır. Araşdırma yekunlaşdıqdan sonra məktəbin təmiri nazirlik tərəfindən həyata keçiriləcək.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












