Bakıda məktəbdə intim görüntüləri yayılan qızdan XƏBƏR VAR

Ötən ilin fevralında Bakı şəhəri, Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksində 11-ci sinf şagirdi Rzayev Cavidanla cinsi əlaqədə olan 7-ci sinif şagirdi məktəbdən azad edilib. Avtosfer.az xəbər verir ki, bu barədə a24.az-a sözügedən təhsil müəssisəsindən verilən məlumatda deyilir. Bildirilib ki, məktəbli qız anasının istəyi ilə azad edilib. Onun hazırda Bakıdakı özəl məktəblərdən birində təhsil aldığı bildirilir. “O uşaq bizim məktəbin psixoloqlarına tez-tez müraciət edirdi. Həmin qıza qarşı məktəbdə heç bir pis münasibət olmayıb. Ümumiyyətlə, o uşaq öz sözünü deyən, hər kəsə qaynayıb-qarışan qız idi”. Qeyd edək ki, Təhsil Kompleksinin 11-ci sinfində oxuyan şagirdi Rzayev Cavidan Siyavuş oğlu 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında cinsi əlaqədə olub və bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb. Baş vermiş hadisə ilə bağlı aidiyyəti orqanlara şikayət daxil olub və Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb. C.Rzayev saxlanılaraq məsuliyyətə cəlb olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












