Bakıda mənzildən 200 min manat belə oğurlandı - FOTO

Bakıda mənzildən 200 min manatın oğurlanmasının təfərrüatı açıqlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Qaradağ rayonu Sahil qəsəbəsində evlərdən birindən 200 000 manat, 1500 ABŞ dolları və külli miqdarda qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıb. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən Qaradağ rayonu Sahil qəsəbəsində zərərçəkənə külli miqdarda ziyan vurmaqla törədilən oğurluq hadisəsinin üstünün açılması istiqamətində əməliyyat tədbiri həyata keçirilib. Belə ki, martın 21-də Qaradağ Rayon Polis İdarəsinə müraciət edən zərərçəkən ona məxsus mənzildən 200 000 manat, 1500 ABŞ dollar və külli miqdarda qızıl-zinət əşyaların naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.
Qaradağ Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşları tərəfindən "isti iz"lərlə və peşəkarlıqla həyata keçirilən əməliyyat tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri – Dünyamalı Gülalıyev, əvvəllər məhkum olunmuş Osman Məmmədov və Yadigar Dadaşov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma zamanı müəyyən edilib ki, zərərçəkənin evində külli miqdarda pul və qızıl-zinət əşyalarının olması barədə məlumat əvvəlcə D.Gülalıyevdə olub. O, digər şəxslərə həmin evdən oğurluq etməyi məsləhət görüb və mənzilin yerləşdiyi ünvanı da onlara göstərib. Bunların müqabilində isə oğurlanan puldan 30 000 manat D.Gülalıyevə çatmalı imiş. D.Gülalıyev hadisə baş verən gün zərərçəkənin evdə olmadığı barədə O.Məmmədov və Y.Dadaşova məlumat verəndən sonra onlar mənzilə daxil olublar.
Faktla bağlı Qaradağ RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI



















