Bakıda mərkəzi küçə və prospektlərdə tıxac yaranıb

Bu gün səhər saatlarında Bakı şəhəri ərazisindəki bəzi mərkəzi küçə və prospektlərdə tıxac yaranıb. Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, tıxacların yaranmasına səbəb mərkəzi küçə və prospektlərdə aparılan təmir işləri ilə bağlıdır: "Hazırda Bakı şəhəri ərazisindəki küçə və prospektlərdə əsalı təmir və yenidənqurma işləri aparılır. Babək prospektində aparılan təmir işləri ilə bağlı artıq bir müddətdir ki, yol birtərəfli istifadə olunur. Bundan başqa, Nərimanov rayonu ərazisindəki küçə və prospektlərdə yollara asfalt örtüyü döşənir və təmir işləri aparılır. İdman oyunları ilə əlaqədar şəhərin Səməd Vurğun, Üzeyir Hacıbəyli və Xəqani küçələrində yolların asfalt örtüyü yenilənir və təmir işləri aparılır. Bu səbəbdən də yalnız səhər saatlarında sözügedən küçə və prospektlərdə, eyni zamanda bu küçələrə birləşən yollarda nəqliyyatın hərəkəti müəyyən qədər çətinləşir və tıxac əmələ gəlir. Günün digər saatlarında isə Bakı şəhəri ərazisində tıxac müşahidə edilmir".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












