Bakıda naməlum kişi meyiti tapılıb - FOTO

Sentyabrın 20-si saat 08 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi dəniz sahilində 30-40 yaşlarında naməlum kişi meyiti tapılıb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Meyit tapılan zaman qollarında kəsilmiş xəsarətlər aşkar edilib. Onun xarakterik əlamətləri : boyu 175-santimetr, orta bədən quruluşlu, saçlarının rəngi qaradır və arxaya daranır. Gözlərinin rəngi qəhvəyidir. Meyit tapılan zaman əynində qara cins şalvar, qara kəmər və üzərində göy, boz və çəhrayı köndələn zolaqlar olan köynək olub. Şəxsiyyəti məlum olmayan şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə (012) 457-57-02, həmçinin 050-393-22- 22 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












