Bakıda narkotik alverçisi olan qadının məhkəməsində polis ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satmaqda təqsirləndirilən Şəms Səmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində polis əməkdaşı Elnur Həsənov ifadə verib. O bildirib ki, hadisədən əvvəl təqsirləndirilən Ş.Səmədovanın evi polislər tərəfindən nəzarətə götürülüb: "Polis əməkdaşları Tural Qasımov adlı bir nəfər narkotikə görə saxlanılmışdı. O, ifadəsində narkotiki Şəmsdən aldığını demişdi”. Ş.Səmədova isə ona elan olunmuş ittihamlarla razı olmadığını vurğulayıb. O, hadisə baş verən gün xəstəxanada olduğunu söyləyib. Məhkəmənin iclası noyabrın 21-nə təyin edilib. Qeyd edək ki, polis əməkdaşları mayın 18-də Bakıda narkotik və güclü təsiredici psixotrop tərkibli həblər satan şəxsləri saxlayıb.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












