Bakıda narkotik alveri ilə məşğul olan qadının məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik satışında təqsirləndiriən 35 yaşlı Şəms Səmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Sənubər Əliyeva bildirib ki, polislər onu hal şahidi kimi dəvət edərək Şəms Səmədovanın üzərinə baxış keçirib: "Mən yoldan keçirdim. Polislər dəvət elədi ki, bir xanımın üzərinə baxış keçiriləcək. Mən də razılaşdım. Çantasına baxanda pul, dərman və bükümlər çıxdı. Xanım dedi ki, dərmanlar onundur, amma bükümlərdən xəbərsizdir". Ş.Səmədova isə ittihamları qəbul etməyib və şahidin yalan danışdığını bildirib: "Bunu gətirəndə gecə saat 1 olardı. Deyəsən toydan çıxıb gəlmişdi. Qara, uzun don geyinmişdi. Məni ora ayaqqabısız gətirmişdilər. Polis dedi ki, götür ayaqqabımı geyin, mən də istəmədim. Sonra yenidən bizim evə getdik, axtarış apardılar. Amma heç nə çıxmadı". Ş.Səmədova bildirib ki, çantasında olan dərman "Tramadol" olub: "Narkotik tərkibli olduğu deyilir, amma bütün apteklərdə var. Mən də aptekdən almışam yoldaşım içirdi. Məni heç nədən tutublar".
Məhkəmə iclası noyabrın 28-də davam etdiriləcək. Daxili İşlər Nazirliyinin məlumatına görə, bu il mayın 18-də Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Ağcabədi rayon sakini Tural Qasımovdan, Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babayevdən, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əli Əliyevdən və Nizami Mürsəlovdan narkotik vasitə olan heroin və “Metamfetamin” aşkar edilib. Araşdırmalarla onların narkotiki əldə etdikləri mənbə də müəyyən edilib və narkotik vasitəni onlara satmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Şəms Səmədova da saxlanılıb. Ondan 44 qramdan artıq heroin, “Metamfetamin” və 70 ədəd “Tramadol” həbləri aşkar edilib. Ş.Səmədovanın bacısının evində keçirilən əməliyyat-axtarış tədbirləri ilə oradan əlavə olaraq 44 qram heroin, “Metafetamin” və “AMB-Fubinaca” adlı narkotik vasitə aşkar edilərək götürülüb. Xatırladaq ki, 3 uşaq anası Şəms Səmədovadan sonra bacısı 32 yaşlı Lamiyə Quliyeva da tutulub. Ş.Səmədovanın atası Nizam Quliyev və nənəsi Məsmə Quliyeva da “Kubinka” adlanan ərazidə vaxtilə narkotik ticarəti ilə məşğul olublar.
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO
Bakıya ilk dəfə gələnlər bu şəhərə valeh olur – Koreyalı turist - FOTO
ADY-nin departament rəisi: Tbilisiyə səfərlər "Stadler"in müasir yataq tipli vaqonları ilə həyata keçiriləcək - MÜSAHİBƏ
Forumun uğurlu davam etməsinə həm də əhali dəstək olur – Tanzaniyalı turist - FOTO
Bakı-Tbilisi dəmiryol marşrutu üzrə GEDİŞ HAQQI BİLİNDİ
Əli Əsədovdan dəmiryolu ilə Gürcüstana gedəcək vətəndaşlarla bağlı QƏRAR
Forum bir sıra fikirlərin cəmiyyətə çatdırılmasında körpü rolu oynayır – CƏSARƏT HÜSEYNZADƏ - FOTO
WUF13-də səsləndirilən problemlər bütün ölkələrdə yaşanır – Afrikalı qonaq - FOTO
Putin Trampın ardınca Çinə niyə gedib? – POLİTOLOQ AÇIQLADI
Taksi dayanacağını “parkinq”ə çevirən sürücülər narazılıq yaratdı - VİDEO










