Bakıda nəqliyyat hadisələrinin araşdırılması üzrə müstəqil orqanların rəhbərlərinin illik iclası keçirilir - FOTO

Bakıda Beynəlxalq Nəqliyyat Təhlükəsizliyi Assosiasiyasının (ITSA, International Transportation Safety Association) himayəsi altında nəqliyyat hadisələrinin araşdırılması üzrə müstəqil orqanların rəhbərlərinin illik iclası öz işinə başlayıb. Azərbaycan Hava Yolları QSC-dən verilən məlumata görə, tədbirin ilk günü qonaqlar Heydər Əliyev Beynəlxalq Aeroportunu ziyarət edərək yeni aerovağzal kompleksi Terminal 1-in, “Silk Way Technics”, “Silk Way Business Aviation”, “Baku Cargo Terminal” və “Azəraeronaviqasiya” HHİ-nin (AZANS) fəaliyyəti ilə tanış olublar. İclasda nəqliyyatda təhlükəsizliyin təmin edilməsi sahəsində aktual mövzular, ağır hadisələrin araşdırılması nəticələri, nəqliyyatda təhlükəsizliyin artırılmasına yönələn tövsiyyələrin işlənib hazırlanması və tətbiqi, belə tövsiyələrin dövlət orqanları tərəfindən implementasiyasının monitorinqi müzakirə olunur.
İclas iştirakçıları yeni texnologiyaların nəqliyyatda təhlükəsizliyə təsiri və hadisələrin araşdırılması zamanı bu təsirin nəzərə alınmasının vacibliyi mövzusunu müzakirə olunacaq mövzular sırasına daxil edib. Belə problemlərə pilotsuz nəqliyyat sistemlərinin artan tətbiqi, süni intellekt elementlərinin tətbiqi ilə infrastruktur və nəqliyyatın kompüterləşməsi, yeni naviqasiya, axtarış və xilasetmə, və s. sistemlərin tətbiqi aiddir.
Belə yüksək səviyyədə görüş Azərbaycanın paytaxtında ilk dəfə keçirilir və iqamətgahı Bakıda yerləşən Aviasiya və Hava Məkanından Istifadə üzrə Dövlətlərarası Şura tərəfindən uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində regional əməkdaşlığın inkişafı strategiyasının həyata keçirilməsi çərçivəsində təşkil olunur. Bu strategiya ICAO və IATA-nın avianəqliyyatın əlçatanlığının artırılması, mülki aviasiya və uçuşların təhlükəsizliyinin təmin edilməsinin səmərəliliyi üzrə təşəbbüslərinin həyata keçirilməsinə yönəlib.
Azərbaycan "Mülki aviasiya və hava məkanından istifadə üzrə Saziş"in tamhüquqlu üzvü olaraq və Aviasiya üzrə Dövlətlərarası Şurasının çox sayda beynəlxalq görüşlərin, seminarların, konfransların təşkili üzrə fəaliyyətinə imkan yaradaraq, bu gün mülki aviasiyada müasir innovativ üsulların və texnologiyaların tətbiqi sahəsində regionda aparıcı yer tutmaq istiqamətində ciddi cəhd göstərir.
Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyi və "Azərbaycan Hava Yolları" aviaşirkəti iclasın keçirilməsində və təşkilində fəal iştirak edir.
Qeyd edək ki, 1993-cü ildə yaradılan və indiyədək 16 araşdırma orqanından ibarət olan Assosiasiya ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi Milli Komitəsi (NTSB), Kanadanın Nəqliyyat Təhlükəsizliyi Komitəsi (CTSB), Niderlandın Təhlükəsizlik Komitəsi (DSB), İsveç, Finlandiya, Norveç, Avstraliya, Böyük Britaniya, Yeni Zelandiya, Hindistan, Yaponiya, Tayvan, Cənubi Koreya, Fransa, Sinqapur və Dövlətlərarası Aviasiya Komitəsinin simasında "Mülki aviasiya və hava məkanından istifadə üzrə Saziş"in iştirakçısı olan dövlətlərin nəqliyyat hadisələrinin araşdırma orqanlarını özündə birləşdirir.
Bu il iclasın keçirilməsi fəxri hüququnu Bakı şəhərini görüşün keçirilməsi məkanı kimi təklif edən Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şura və Dövlətlərarası Aviasiya Komitəsi alıb. Təklif Assosiasiyasının üzvü olan bütün dövlətlər tərəfindən məmnuniyyətlə dəstəklənib.
Fidan
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI













