Bakıda obyekt sahibləri cərimələndi - FOTO

Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis orqanları tərəfindən tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, DİN Baş İctimai Təhlükəsizlik və Nəsimi Rayon Polis idarələrinin əməkdaşları rayon ərazisində növbəti belə tədbir keçiriblər. Bu zaman Nəsimi rayonunda yerləşən orta məktəblərdən birinin yaxınlığındakı mağazanın sahibi paytaxt sakini Anar Kazımlının yetkinlik yaşına çatmayan 11-ci sinif şagirdinə tütün məmulatı satması müəyən edilib. Fakt təsdiqini tapandan sonra həmin mağazanın sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub və o, qanunvericiliyin tələblərinə uyğun olaraq cərimə edilib.
Qeyd edək ki, son günlər Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhərində keçirilən bu tipli tədbirlər zamanı yetkinlik yaşına çatmayan şəxslərə spirtli içki və tütün məmulatları satan 20-yə yaxın obyekt sahibi inzibati qaydada məsuliyyətə cəlb edilib. Daxili işlər Nazirliyi alkoqollu içkilər və tütün məmulatlarının satışı ilə məşğul olan şəxslərə xəbərdarlıq edərək bildirir ki, azyaşlılaraq və yetkinlik yaşına çatmayan şəxslərə qeyd edilən məhsulların satışı qanunla qadağan edilib. Paytaxt, eləcə də regionlarda bu qanunsuz hərəkətlərə yol verən şəxslərə qarşı polis əməkdaşları tərəfindən mütamadi reydlər və qətiyyətli tədbirlər bundan sonra da davam etdiriləcək.
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?
Bakıda piyada gəzmək niyə çətinləşir? – Şəhərin əsas problemi
Azərbaycandan Aİ-92 ilə bağlı TƏCİLİ QƏRAR















