"Bakıda olan taksi dayanacaqları o qədər də effektiv deyil" - Ekspert

"Gənclik Mall"un parklama yerinin giriş hissəsində "dropoff" mindirib-düşürmə məntəqəsi yaradılıb.
Bəs şəhərinin başqa küçələrində də bu məntəqələrin yaradılmasına ehtiyac varmı?
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi ki, miinib-düşmə məntəqələrinin sayı artırılmalıdır:
"Hələ ki, Bakı şəhəri ərazisində 6 məntəqə var. Tbilisi prospekti ərazisində, Xoyski küçəsi ilə Olimpiya küçələrinin kəsişməsində, "Gənclik Mall" tərəfdə var. Düşünürəm ki, bütün metrostansiyaların yaxınlığında, həmçinin bizim iri küçələrin, prospektlərin kənarında məntəqələr yaradılmalıdır. İnsanların daha çox olduqları yerlərdə belə məntəqələrin yaradılması çox zəruridir".
Nəqliyyat ekspertinin sözlərinə görə, məntəqələrin yaradılmasına hazırda ehtiyac var.
"Çünki bizim indiki taksi sistemimiz elədir ki, sərnişin mobil tətbiq vasitəsi ilə yeri işarələyir və taksi ora gəlir. Taksi sistemini qəbul etmişiksə, minib-düşmə yerlərini təşkil etməliyik. Hətta deyərdim ki, Bakıda olan taksi dayanacaqları o qədər də effektiv deyil. Başqa nəqliyyat vasitələri taksilərin yerində saxlayır. Bu problemi aradan qaldırmaq üçün hətta uzunmüddətli taksi dayanacaqlarının da düşmə məntəqələrinə çevrilməsinin tərəfdarıyam", - deyə E.Cəfərov bildirdi.(redaktor.az)
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












