“Bakıda parklanma yerləri müəyyənləşib”

Bakı Nəqliyyat Agentliyi (BNA) dayanma-durma, parklanma qaydalarını pozan şəxsləri inzibati məsuliyyətə cəlb edəcək, təxliyə xidməti həyata keçirəcək. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bu sözləri BNA-nın İdarə Heyəti sədrinin müavini Fərid Nuriyev deyib. O qeyd edib ki, Agentliyin mütəxəssisləri tərəfindən Bakı şəhərində parklanma yerləri artıq müəyyənləşdirilib. F.Nuriyev bildirib ki, dayanma-durmanın qadağan olunduğu yerdə kameralar quraşdırılacaq: “Dayanma-durma qaydalarını pozan sürücülər kameralar vasitəsilə aşkar edilərək cərimələr tətbiq olunacaq. Şəhərin mərkəzində olan sürücülərdən "Qış parkı" və Hökumət Evinin altında olan yeraltı dayanacaqdan istifadə edilməsi xahiş olunacaq”. Sədr müavini onu da bildirib ki, paytaxtda olan işıqforlar artıq BNA-nın balansına keçib: “Bakıda 300-dən artıq svetofor mövcuddur və bu günədək həmin işıqforların bir qismi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində idi. Bir müddətdir ki, müvafiq qurumla təhvil-təslim işlərini yekunlaşdırmışıq və bütün işıqforlar artıq Agentliyin tərkibindədir”.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












