Bakıda piyadanı avtomobillə vuraraq qaçan sürücü həbs edilib

Bakıda piyadanı avtomobillə vuraraq qaçan sürücü Tural İsmayılov həbs edilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan T.İsmayılov barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi dekabrın 12-də Bakının Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsində baş verib.
Belə ki, T.İsmayılov idarə etdiyi "Mercedes" markalı avtomobillə avtobusdan düşüb yolu keçmək istəyən piyada, 22 yaşlı İlkin Zamanovu vurub.
Zərbənin təsirindən piyada bir neçə metr kənara düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, sürücü isə idarəetməni itirərək avtomobili işıq dirəyinə çıpıb. Dirək yerindən qoparaq aşıb. T.İsmayılov qəzadan sonra ərazidən qaçıb.
Hadisə yerində polis əməkdaşları olub. Meyit müayinə olunmaq üçün tibbi ekspertizaya aparılıb.
Səudiyyə Ərəbistanını husilərin hücumundan kim müdafiə edəcək? - POLİTOLOQ
Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA
Bakıda piyadaların təhlükəsizliyi üçün hansı dəyişikliklərə ehtiyac var? – DEPUTAT
Bakıxanovda nəqliyyat qovşağı və yeni iş yerləri yaradıla bilər? - TƏKLİF
Binədə Şəhidlər küçəsinin bərbad vəziyyət: Natəmizlik və yol problemi - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev: “Sülh hələ də kövrəkdir” - VİDEO
Xırdalanın nəqliyyat sistemində yenilik; nələr dəyişəcək? – AÇIQLAMA
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat CƏRİMƏLƏNİR? - RƏSMİ CAVAB
ABŞ-nin İranla bağlı planı; sanksiyalar və hərbi müdaxilə? – POLİTOLOQ
Mərkəzi Asiyada yeni güc savaşı: Çin və Hindistanın planı nədir?












