Bakıda piyadanı vuraraq öldürən sürücünün məhkəməsi başlayıb

Nərimanov Rayon Məhkəməsində ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən Oktay Qurbanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası noyabrın 8-nə təyin edilib. Qeyd edək ki, bu il hadisə Bakının Nərimanov rayonu Ziya Bünyadov prospektində baş verib. Belə ki, O.Qurbanov idarə etdiyi “Tayota” markalı avtomobillə metronun “Koroğlu” stansiyası istiqamətində hərəkətdə olan zaman qəfil qarşısında piyada - Rahim Novruzov çıxıb. Nəticədə O.Qurbanov piyadanı vurub. Zərbənin təsirindən bir neçə metr hündürlüyə qalxan piyada dəmir arakəsmənin sütununa dəyərək əks yola düşüb. Yaralı xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq piyada, Lerik rayon sakini R.Novruzovun həyatını xilas etmək mümkün olmayıb.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












