Bakıda qadına qarşı quldurluq edən şəxs saxlanılıb - FOTO

Bakının Nizami rayonunda qadına qarşı quldurluq edilib. Bu barədə zərərçəkən Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə məlumat verib. “DİN-in Mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, qadın izahatında rayonun Nəsimi və Şərifli küçələrinin kəsişməsində naməlum şəxsin ona hücum etdiyini, əlində olan küt alətlə başına zərbələr endirdiyini və qulağında olan qızıl sırğanın bir tayını götürərək hadisə yerindən qaçdığını bildirib. Məlumat daxil olan kimi zərərçəkənin izahatı alınıb və dərhal cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışlarına başlanılıb. Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Adıgözəlov Azər Ağa oğlu saxlanılaraq istintaqa təqdim olunub. Araşdırma zamanı onu qadına selofan paketin içində gizlətdiyi daş parçası ilə xəsarət yetirdiyi məlum olub. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən bu şəxsin başqa cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya 25-ci Polis Şöbəsinə müraciət edə bilərlər.
Namiq
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI















