Bakıda "qanuni oğru"nun qardaşına hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Rafət Əlibayramski" kimi tanınan "qanuni oğru" Rafət Əmirovun qardaşı Rüfət Əmirov və onunla birgə ittiham olunan Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrahimovun cinayət işi üzrə məhkəmənin iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə K.Əmirov, İ. İbrahimov və R.Kərimov hər biri 7 il, R.Əmirova 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. R.Əmirov ittiham olunduğu Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə bəraət verilib. Xatırladaq ki, prokuror Orxan Kəngərli çıxışında K.Əmirovun 14 il, R.Əmirovla R.Kərimovun hər birinin 13 il, E.Hüseynovun 12 il, İ.İbrahimovun isə 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Xatırladaq ki, Rüfət Əmirov “Rafət Əlibayramlinski” kimi tanınan qanuni oğru Rafət Əmirovun qardaşıdır. “Rafət Əlibayramlinski” və qardaşı Rüfət Əmirov “Lotu Quli”nin (Nadir Səlifov) adamları kimi tanınır.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












