Bakıda qətl törədən şəxsin kassasiya şikayəti təmin edilməyib

Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Səbuhi İmran oğlu barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, S.İmran oğlunun kassasiya şikayəti təmin edilməyib. Qeyd edək ki, qətl hadisəsi 2014-cü il noyabrın 19-da Sabunçu rayonunda baş verib. Ramil Əliyev dostları Elməddin Abbasov və Elçin Xasayevlə birgə gecə kafedə oturarkən orada əyləşən Səbuhi İmran oğlu ilə aralarında mübahisə yaşanıb. Həmin şəxslər kafeni tərk edəndən sonra yenidən S.İmran oğlunun dostları - Vüqar Zeynalov, Vahab Babayev və Sənan Qurbanlı arasında dava düşüb. Nəticədə S.İmran oğlu R.Əliyevə bir neçə bıçaq zərbəsi endirib. Hadisədən sonra S.İmran oğlu və dostları hadisə yerindən qaçıb. Yaralı vəziyyətdə Sabunçu Rayon Xəstəxanasına aparılan R.Əliyev dünyasını dəyişib. Hadisədən sonra dava edən şəxslər Sabunçu rayon Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.İmran oğlu 20 il, digər təqsirləndirilən şəxslər - V.Zeynalov, E.Abbasov, E.Xasayev, S.Qurbanlı və V.Babayev 3 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayətləri veriblər. Bakı Apellyasiya Məhkəməsi isə təqsirləndirilən şəxslərin apellyasiya şikayətini təmin etməyib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












