Bakıda qətlə cəhddə və polisə xəsarət yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətlə cəhddə və hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməkdə təqsirləndirilən Anar Mehtiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. O, məhkəmənin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, dövlət ittihamçısı çıxışında A.Mehtiyevin ittiham olunduğunu 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə, 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün zor tətbiq etmə) maddəsinin isə 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə keçirilməsini istəmişdi. Prokuror onun 5 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi. Qeyd edək ki, Bakı Şəhər Prokurorluğunun yaydığı məlumata əsasən, bu il mayın 20-də saat 00:30 radələrində paytaxtın Nəsimi rayonu ərazisində mübahisə zamanı Mehtiyev Anar Yusif oğlunun aralarında baş vermiş mübahisə zəminində Ağayev Fərhad Sultan oğlunu döyərək ağır bədən xəsarəti yetirməsi faktı ilə əlaqədar Nəsimi rayon Polis idarəsinin (RPİ) İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












