Bakıda qəza törədib qaçan sürücü haqda yeni məlumatlar - VİDEO

İki gün əvvəl qəza törədərək hadisə yerindən qaçan sürücü və onun sərnişini haqda yeni məlumatlar üzə çıxıb. Avtosfer.az xəbər verir ki, araşdırma zamanı həmin sürücünü hadisə baş verməmişdən bir müddət əvvəl polis əməkdaşları tərəfindən saxlanıldığı üzə çıxıb. Sürücü polisə sənəd təqdim etməkdən imtina edib və qaçmağa müvəffəq olub. Araşdırmalar zamanı maşının ''Rent a car'' şirkətlərindən birinə məxsus olduğu müəyyən edilib.
Məlumatına görə, yol polisindən qaçan sürücü avtomobili yüksək sürətlə hərəkət etdirib.
Polisin "saxla" əmrinə tabe olmayan sürücü çox keçmir ki, qəza törədir. Elə bu anda həmin maşından düşən sürücü və xanım sərnişin qaçmağa başlayır.
Görüntülər iki gün əvvəl Heydər Əliyev prospektindən Bakıxanov qəsəbəsinə gedən yolda lentə alınıb. Kadrlardan aydın olur ki, 90 RL 404 dövlət nömrə nişanlı avtomobil yüksək sürətlə hərəkət edir. Qəzaya da elə onun yüksək sürəti səbəb olur. Videoda sürücü və sərnişin qızın qəza yerindən uzaqlaşdığı da görünür.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, sözügedən sürücü artıq polis əməkdaşları tərəfindən müəyyən edilib. Kameralara baxış zamanı məlum olub ki, həmin sürücü hadisə baş verməmişdən biraz əvvəl Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində polis tərəfindən saxlanılıb. Həmin şəxs polisə avtomobilə və özünə aid sənədləri təqdim etməkdən imtina edib. Polisə yalnız avtomobilin ''Rent a car'' şirkətlərindən birinə aid olması ilə bağlı sənəd təqdim edib.
Vaqif Əsədovun sözlərinə görə, qəzadan sonra sürücü və sərnişinin qaçaraq hadisə yerindən uzaqlaşması onların spirtli içki qəbul etməsi şübhələrini daha da artırıb. Artıq həmin şəxslərin kimliyi haqqında polis məlumat əldə edib.
Vaqif Əsədovun sözlərinə görə, həmin şəxslər qanuna müvafiq cəzalandırılacaqlar.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












