Bakıda qışa hazırlıqla bağlı qərargah yaradılıb

2018-2019-cu ilin payız-qız mövsümünə hazırlıqla bağlı şəhər icra hakimiyyətində müvafiq sərəncam imzalanıb, tədbirlər planı təsdiq olunub və xüsusi qərargah yaradılıb. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda “Azərbaycan” qəzetinə Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatı şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ayaz Hüseynov bildirib. Paytaxt rayonlarına Bakı Şəhər İcra Hakimiyyətinin qış mövsümü ilə bağlı tövsiyələri paylanılıb. Həmçinin "Azəriqaz” İB, "Azərişıq” ASC, "Azərsu” ASC, Bakı Su kanalı İdarəsi, "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”, Bakı Nəqliyyat Agentliyi payız-qış mövsümü ilə bağlı tədbirlər planlarını hazırlayaraq qərargaha təqdim ediblər. Adıçəkilən təşkilatların mövsümi tədbirlərlə bağlı görəcəkləri işlər qərargah tərəfindən koordinasiya olunacaq. Ayaz Hüseynovun sözlərinə görə, hazırda qərargah üzvləri mütəmadi olaraq toplaşır və qarşıya çıxan problemlərin aradan qaldırılması yollarını müzakirə edirlər. Görülən işlərin əsas məqsədi qış aylarında şəhər sakinlərinin elektrik enerjisi, təbii qaz, su, istilik təchizatı və digər problemlərlə üzləşməməsinə nail olmaqdır. İH-nin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin rəisi Mübariz Hüseynov deyib ki, idarənin balansında olan qış texnikası və nəqliyyat vasitələri bokslardan bayıra çıxarılaraq start vəziyyətinə gətirilib. “İdarənin anbarında hazırda 2000 ton texniki duz var. Gələcəkdə əlavə olaraq daha 1000 ton duzun alınması nəzərdə tutulub. Oktyabr ayında 300 ton duz alınaraq anbarlara yığılıb. Bundan başqa, qum ehtiyatları da kifayət qədər yaradılıb”.
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA










