Bakıda qız türk sevgilisinə görə özünü 14-cü mərtəbədən atdı

Noyabrın 16-da Bakıda özünə qəsd edən qızın intihara əl atmasının səbəbləri məlum olub. Avtosfer.az xəbər verir ki, bu barədə sputnik.az-a Nərimanov rayon Prokurorluğundan məlumat verilib. Bildirlir ki, saat 09:10 radələrində 1997-ci il təvəllüdlü Tovuz rayon sakini Musayeva Şahsənəm Rafiq qızı Nazim Hacıyev küçəsində yerləşən 16 mərtəbəli binanın 14-cü mərtəbəsindən özünü aşağı atıb. Kriminalistlər qızın cibindən məktub tapıblar. Musayeva Türkiyə vətəndaşını (məktubda adı da qeyd olunub) sevdiyini etiraf edib. Ona uzun ömür və xoşbəxtlik arzulayıb. İstintaq orqanları ehtimal edir ki, intihara səbəb cavabsız sevgi olub və qız bundan depressiyaya düşüb. Hadisənin şahidləri hündürdən düşən qızın cəsədinin hissələrə parçalandığını bildiriblər. O da məlum olub ki, qızın tanışları bu barədə sözügedən Türkiyə vətəndaşına xəbər veriblər. O isə dərin təəssüf hissi keçirdiyini, belə bir hadisənin baş verəcəyini ağlına belə gətirmədiyini deyib. Faktla bağlı araşdırma davam edir.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












