Bakıda qıza görə tanışını bıçaqlayan şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Vüsal Qurbanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın “Report"a istinadən xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. O, məhkəmənin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, V.Qurbanovun ittiham olunduğu Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi 126.1-ci (qəsdəb sağlamlığa ağır zərər vurna) maddəsinə tövsif olunub. İttiham aktına əsasən, hadisə Sabunçu rayonunun Məhəmmədi qəsəbəsində baş verib. Həmin ərazidə yerləşən “Odlar Yurdu” kafesində V.Qurbanov tanışı Tələt Həsənovla yeyib içib. Bu zaman T.Həsənov həmin kafedə olan iki qadına söz atıb. Tanışının bu hərəkəti V.Qurbanova xoş gəlməyib və ona iradını bildirib. Daha sonra tanışlar mübahisə edib. Kafedən çölə çıxan şəxslər dalaşıblar. Nəticədə V.Qurbanov əlini bıçağa atıb və tanışını bıçaqlayıb. Polis əməkdaşları tərəfindən saxlanılan V.Qurbanovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmədə ifadə verən V.Qurbanov özünü təqsirli bilmədiyini söyləyib. Təqsirləndirilən şəxslə zərərçəkmiş T.Həsənov arasında barışıq əldə olunub. T.Həsənov V.Qurbanovu bağışlayıb, heç bir şikayət və tələbinin olmadığını deyib.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












