Bakıda “qızları onlayn satışa çıxaran” fırıldaqçı peyda olub – VİDEO

“Instagram”da qızların satışı ilə məşğul olan şəxs peyda olub. O, qızların yaşları və qiymətlərini qeyd edir, şəkillərini paylaşır, müəyyən məbləğ qarşılığında görüş təşkil edir. Cinsiyyəti bəlli olmayan həmin şəxs “Instagram” səhifəsindən çağırış edərək müxtəlif intim təkliflər edir, qızları satışa çıxarır. O, müxtəlif qiymətlərə həm görüntülü, həm də səsli intim danışıqları təklif edir. Satışa çıxardığı qızlar arasında azyaşlılar da var. Avtosfer.az xəbər verir ki, “Baku TV”nin əməkdaşı həmin şəxslə əlaqə yaratmağa çalışdı. ““İnstagram”dan ona yazaraq xidmətlər haqqında məlumat aldı. Təkidlə nömrəsini əldə etməyə çalışsa da, o, nömrəsini verməkdən imtina etdi. Bank hesabına dediyi məbləği köçürdükdən sonra nömrəsini verəcəyini bildirdi. Həmin şəxs əməkdaşımızın ona verdiyi suallardan hiddətlənərək qeyri-etik sözlər işlətməkdən də çəkinmədi. Məsələni daha dərindən araşdırmaq üçün onun dediyi məbləği bank hesabına köçürdük. Ödədiyimiz məbləğin qəbzini ona göndərdik. Həmin şəxs evə çatdıqdan sonra görüntülü danışacağını desə də, fikrindən daşınaraq əvəzində video atmağı təklif etdi. Əməkdaşımız həmin fırıldaqçının əməllərini daha aydın üzə çıxartmaq üçün təkidlə nömrəsini istəyib görüntülü danışmağı tələb etdi. Əvəzində isə həmin şəxs kontakta keçdiyimiz “Instagram” hesabını əngəllədi. Yeni hesabla başqa müştəri olaraq müraciət etdik. Eyni mənzərə ilə qarşılaşdıq. Qeyd edək ki, pul göndərdiyimiz bank hesabı Abdulova Arzu Gülbala qızına məxsusdur. Azyaşlı uşaqların da sosial şəbəkə istifadə etdiyini nəzərə alsaq, hüquq-mühafizə orqanlarının bununla bağlı ciddi tədbir görəcəklərini düşünürük”, - deyə qeyd edilir.
Parklanma hansı qaydalarla olmalıdır? - VİDEO
Küçələri lərzəyə gətirən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO
Bakıya ilk dəfə gələnlər bu şəhərə valeh olur – Koreyalı turist - FOTO
ADY-nin departament rəisi: Tbilisiyə səfərlər "Stadler"in müasir yataq tipli vaqonları ilə həyata keçiriləcək - MÜSAHİBƏ
Forumun uğurlu davam etməsinə həm də əhali dəstək olur – Tanzaniyalı turist - FOTO
Bakı-Tbilisi dəmiryol marşrutu üzrə GEDİŞ HAQQI BİLİNDİ
Əli Əsədovdan dəmiryolu ilə Gürcüstana gedəcək vətəndaşlarla bağlı QƏRAR








