Bakıda rüşvətə görə tutulan həkimin ibtidai istintaqı başa çatıb

Bakıda dələduzluq və rüşvətə təhrik etməkdə təqsirləndirilən C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun keçmiş həkim-kardioloqu Yeganə Osmanova və Gülarə Bədirovanın cinayət işi üzrə ibtidai istintaqı başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində yekunlaşdırılaraq Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hazırlıq iclası noyabrın 15-nə təyin edilib. Cinayət işi hakim Samir Məmmədovun icraatına verilib. Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata əsasən, həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində G.Bədirova tanışını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətli vəzifəli şəxslərinə təsir etmək imkanına malik olmasına inandırıb, əlillik dərəcəsinin dəyişdirilməsi üçün ondan sentyabrın 3-də C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda cinayət əlaqəsinə girdiyi həkim kardioloq Y.Osmanovanın xidməti otağında 2500 manat məbləğində pulu birlikdə alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












