Bakıda şagirdi döyən direktor müavini işdən çıxarıldı - VİDEO

Sosial şəbəkələrdə Bakıda məktəb direktorunun müavini olduğu iddia edilən müəllimin məktəbliləri döyməsini əks etdirən video-kadrlar yayılıb. Məlumata görə, hadisə Dərnəgüldə yerləşən məktəblərdən birinin qarşısında baş verib. Kadrlardan görünür ki, kişi uşaqlara hücum edir və onlardan birini vurur. Vurulan uşaq üzünün qanını silə-silə kənara çəkilir. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, həmin şəxsin Cəbrayıl rayonunun Qovşudlu kənd tam orta məktəbinin məktəbdənkənar işlər üzrə direktor müavini Vidadi Əsədov olduğu məlum olub. O, 26 oktyabr 2018-ci ildə müəllimin etik davranış qaydalarını pozduğuna görə vəzifəsindən azad edilib. Bu barədə Cəbrayıl Rayon Təhsil Şöbəsindən məlumat verilib. V.Əsədov şiddətli töhmət verilməklə sıravi müəllim işinə keçirilib. Təhsil şöbəsindən onu da bildiriblər ki, belə hərəkətlərin təkrarlanacağı təqdirdə o, pedaqoji işlərdən kənarlaşdırılacaq.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












