Bakıda saxta nömrə ilə "avtoşluq" edən daha iki nəfər həbs edilib -FOTOLAR

Bakıda yol hərəkəti qaydalarını davamlı şəkildə, cəmiyyətə hörmətsizlik nümayiş etdirməklə pozan daha iki sürücü həbs edilib. Bununla bağlı Avtosfer.az-a məlumat verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, həmin şəxslər avtoxuliqanlıq əməlləri ilə yanaşı avtomobilin dövlət qeydiyyat nişanını saxtalaşdıraraq bu hərəkətləri dəfələrlə təkrar ediblər.
Belə ki, Abşeron rayon sakini Nəsib Quliyev 24.07.2018-ci il tarixində, idarə etdiyi "LİP PV 392" nömrə nişanlı, "VAZ 21074" markalı avtomobil ilə Nəsimi və Nərimanov rayonlarında ictimai qaydaları, əhalinin dincliyini aşkar şəkildə pozaraq avtoxuliqanlıq edib. YPX əməkdaşları tərəfindən saxlanılan zaman onun istifadə etdiyi nomrənin kustar üsulla hazırlandığı və saxta olduğu üzə çıxıb. Avtomobilin həqiqi nömrəsi olan AZ 10 MC 193 dövlət nömrə nişanı isə avtomobilin yük yerindən aşkarlanıb.
Digər bir sürücü, Nərimanov rayon sakini Elvin İbrahimov da eyni tarixdə və eyni rayonların ərazisində idarə etdiyi 99 LN 217 dövlət nömrə nişanlı, "VAZ 21074" markalı avtomobillə "avtoşluq" edib. O da saxlanılan zaman avtomobilin yük yerindən "ELİK 014" saxta qeydiyyat nişanı aşkarlanıb.
Hər iki sürücü barəsində hazırlanmış materiallar Nərimanov rayon 17-ci polis Şöbəsində müvafiq məhkəmələrə təqdim etmək üçün hazırlanır.
Elmin
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO



















