Bakıda sərnişin avtobusu belə yandı - VİDEO

Bakının mərkəzində sərnişin avtobusu yanıb. Anidən başlayan yanğın bir anda sərnişin avtobusunu öz ağuşuna alıb. Hadisə günorta saatlarında, metronun ''Dərnəgül'' stansiyasının yaxınlığında qeydə alınıb. Votsapp nömrəmizə göndərilən kadrlardan aydın olur ki, güclü yanğına Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri müdaxilə edib. Qısa zamanda alov söndürülsə də, avtobusa ciddi ziyan dəyib. Araşdırma zamanı məlum oldu ki, yanan avtobus 93 saylı marşurut xəttinə məxsusdur. Xəttin aid olduğu şirkətdən bildirdilər ki, yanğına səbəb avtobusun mühərrik hissəsində baş verən qısaqapanma olub. Xoşbəxtlikdən hadisə baş verən vaxt avtobusda sərnişin olmayıb. Bu hadisə bir daha avtobusların xidmətə buraxılmadan əvvəl yoxlanılması məsələsini gündəmə gətirib. Kolon rəisi Vüsal Əsgərli deyir ki, həmin avtobus hər gün texniki nəzarətdən keçirilir. Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, hadisənin səbəbləri araşdırılacaq və lazımi tədbirlər görüləcək.
Nurçuluqdan siyasi təsirə: dini icmaların görünməyən gücü haradan gəlir?
AKP Türkiyədə nəyi dəyişdi: İslam, hakimiyyət və siyasi maraqlar
Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA












