Bakıda sərnişini bıçaqlayan taksi sürücüsünə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən 1996-cı il təvəllüdlü Nicat Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın "Report”a istinadən xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Abdullayev 1 il müddətinə azadlıqdan məhrum edilib. İttiham aktına əsasən, hadisə bu il mayın 29-da Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Taksi fəaliyyəti ilə məşğul olan N.Abdullayev qəsəbə ərazisində olarkən Orxan Rzayev onun maşınına əyləşib və sürməyi əmr edib. Bir qədər getdikdən sonra N.Abdullayev sərnişindən hara gedəcəyini soruşub. Bu zaman O.Rzayev səbəbsiz halda maşının ön hissəsinə yumruq vurmağa başlayıb. N.Abdullayev maşını saxlayıb. Bu zaman O.Rzayev yerə düşərək cibindən bıçaq çıxarıb və sürücünün qıçından bir zərbə vurub. Daha sonra bıçağı yerə atıb. Yerdən bıçağı götürən N.Abdullayev O.Rzayevin qarın nahiyəsindən bir zərbə endirib. Daha sonra N.Abdullayev onu öz maşınına oturdaraq xəstəxanaya çatdırıb. Həkimlər O.Rzayevin həyatını xilas edə biliblər.
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA










