Bakıda skuterlərin düzgün saxlanmamasına kim nəzarət edir?

Son illər şəhər nəqliyyatında alternativ vasitə kimi təqdim olunan elektrik skuterləri rahatlıq və sürət vəd etsə də, onlardan məsuliyyətsiz istifadə ictimai təhlükəsizlik baxımından ciddi narahatlıq doğurur.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, istifadəçilərin skuterləri yolun ortasında, piyada keçidlərində və avtomobil zolaqlarında saxlaması, sürücülər və piyadalar üçün bir çox hallarda gözlənilməz qəza riskləri yaradır.
Belə ki, bəzən sürücülər qəfil əngəllə qarşılaşdıqları üçün manevrlər etmək məcburiyyətində qalırlar, piyadalar isə hərəkət zolaqlarının bağlanması səbəbi ilə məcburən yolun avtomobillər üçün nəzərdə tutulan hissəsinə çıxmalı olurlar. Bu isə qəza riskini qaçılmaz edir.
Bəs mikromobillik zolaqlarında skuterlərin necə gəldi saxlanmasına kim və necə nəzarət edir?
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov qeyd edib ki, skuterlər olan ərazilərə operatorların patrul xidmətləri nəzarət edir.
"AYNA artıq iki ildir ki, infrastrukturun qurulması ilə yanaşı, mikromobillik vasitələrinin şəhər ərazisində istismarına, operatorların fəaliyyətinə nəzarət edir.
Qurum qanunvericiliyin tələblərinə və standartlara uyğun yeni parklanma məntəqələri təşkil edib və operatorlar həmin parklanma məntəqələri üzrə fəaliyyət göstərirlər. Əvvəllər bu sahədə xaotik vəziyyət hökm sürürdü və yerlər operatorların özləri tərəfindən müəyyən edilirdi.
Bundan əlavə, ərazi üzrə nəzarətçilərin sayının artırılması ilə bağlı operatorların qarşısında tələblər qoyulub və nəzarətçilərin sayı artırılıb. Həmçinin gündəlik olaraq, operatorların patrul xidmətləri əraziyə nəzarət edir, istifadəçilər tərəfindən xaotik şəkildə atılıb gedən, hərəkətə mane olan mikromobiliik vasitələrinin məntəqələrdə səliqə ilə parklanması həyata keçirilir. Görülən işlər çərçivəsində artıq bu sahədə xeyli irəliləyiş var. Lakin beynəlxalq təcrübə də göstərir ki, bu kimi halların qarşısını tamamilə almaq bəzən mümkün olmur. Çünki burada daha çox istifadəçilərin vərdişləri rol oynayır. Bu istiqamətdə operatorlarla mütəmadi iş aparılır, tapşırıqlar verilir", - deyə T.Orucov bildirib.
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












