Bakıda ŞOK HADİSƏ: 18 yaşlı oğul atasına görə adam öldürdü, meyitini... - TƏFƏRRÜAT

Bakıda küçədən meyiti tapılan şəxsin öldürüldüyü məlum olub. Avtosfer.az bildirir ki, publika.az-ın əldə etdiyi məlumata görə, oktyabrın 19-da Bayıl qəsəbəsi Neftçi Qurban küçəsi 35 ünvanının qarşısından 1964-cü il təvəllüdlü Həsənov Əhəd Əli oğlunun meyiti tapılıb. İlkin araşdırmalar zamanı onun kürək nahiyəsindən aldığı bıçaq xəsarətindən öldüyü müəyyənləşib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Həsənovun elə həmin binanın 39 saylı mənzilində yaşayan ata və oğlu tərəfindən öldürüldüyü üzə çıxıb. Belə ki, oktyabrın 19-na keçən gecə Ə.Həsənov Neftçi Qurban küçəsi 35 ünvanındakı binadan istilik radiatorlarını oğurlamağa gəlib. Bu zaman mənzilin sahibi Abdullayev Sakit Arif oğlu oğruya mane olmağa çalışıb və onların arasında dava düşüb. Dava-dalaş zamanı oğru tərəfindən atasının döyüldüyünü görən 2000-ci il təvəllüdlü Faiq Abdullayev bıçaqla həmin şəxsin kürəyinə zərbələr endirib. Binaya oğurluğa gəlmiş şəxsin öldüyünü görən ata və oğlu meyiti binanın həyətinə ataraq uzaqlaşıb. Faktla bağlı cinayət işi açılıb. Hadisəni törətmiş ata və oğlu oktyabrın 24-də sxlanılaraq istintaqa təhvil verilib.
Bakı-Moskva qatarı bərpa olunacaq? - AÇIQLAMA
Bakı–Tbilisi qatarında bilet qiymətlərinə hansı tərəf qərar verir? - Ekspert AÇIQLADI
Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarların hərəkət CƏDVƏLİ AÇIQLANIB
Ermənistan-Azərbaycan sərhədi nə vaxt açılacaq? - Vaxt bəlli oldu
WUF13-də QHT-lər qarşısında yeni məqsədləri müəyyənləşdirəcək – İB sədri - FOTO
Əsas magistral yollardan biri təmir olundu - SÜRÜCÜLƏRƏ ŞAD XƏBƏR - FOTO
Beynəlxalq forum QHT-lər arasında əməkdaşlığın gücləndirəcək – AQİL CAMAL - FOTO
Prezident İlham Əliyevə fəxri doktor adı verildi - FOTO
Hikmət Hacıyevdən quru sərhədlərlə bağlı AÇIQLAMA
Paytaxtın bu küçələrində sıxlıq var - SİYAHI
Bakının neft bumu şəhərin quruculuğuna necə təsir edib? - ARAŞDIRMA - FOTO










