Bakıda ŞOK OLAY: Eyvandan keçib evə girdi, mətbəxdən meyiti TAPILDI

Bakıda mənzildən 40 yaşlı kişinin meyiti tapılıb. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, dünən axşam saatlarında Qaradağ rayonu Müşfiq qəsəbəsində yerləşən binadan orada yaşayan 1978-ci il təvəllüdlü Hüseynov Rüstəm Fəxrəddin oğlunun meyiti tapılıb. Məlumata görə, axşam saat 18 saatlarında evə gələn ailə üzvləri Rüstəmin qapını açmadığını və telefon zənglərini cavablandırmadığını görərək həyacan keçirib. Onun qohumlarından biri qonşu mənzilin eyvanından R.Hüseynovun olduğu mənzilə keçib və 40 yaşlı kişinin mətbəxdə vəfat etdiyini müəyyənləşdirib. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası R.Hüseynovun artıq vəfat etdiyini bildirib. İlkin ehtimala görə, R.Hüseynov dəm qazından boğulub. Ölüm faktı ilə bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












