Bakıda taksi sürücülərinə qarşı quldurluq edən şəxslərə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində taksi sürücülərinə qarşı quldurluq etməkdə təqsirləndirilən Asif Bayramlı və Telman Qasımovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Dövlət ittihamçısı çıxışında hər iki şəxsin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin hökmü ilə A.Bayramlı və T.Qasımovun hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, ötən il dekabrın 16-dan 17-nə keçən gecə paytaxtın Yasamal rayonu ərazisində taksi sürücüsünə basqını edilib. Özəl daşıma xidməti ilə məşğul olan 1981-ci il təvəllüdlü Məmmədov Fərhad Gülbala oğlu Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət edib. O bildirib ki, gecə saat 2-də Mikayıl Müşfiq küçəsindəki 33 nömrəli binanın yaxınlığında onun "Mersedes" markalı avtomobilinə iki sərnişin oturub. Gənclər sürücüdən onları "Qanlı göl" deyilən əraziyə aparmağı xahiş ediblər. Orada naməlum sərnişinlər sürücünün boğazına bıçaq dirəyərək avtomobilini əlindən alıblar və özünü də adamların olmadığı yerdə maşından düşürərək gediblər. Hadisədən dərhal sonra zərərçəkmiş polisə müraciət edib. Səhər saat 6-da əməliyyatçılar oğurlanmış avtomobili salamat şəkildə Yeni Yasamal qəsəbəsi ərazisində, Əkbərov küçəsində tapıblar. Şübhəli şəxslərin izinə düşmək və onları saxlamaq da mümkün olub. Məlum olub ki, onlar 1990-cı il təvəllüdlü Qasımov Telman Elman oğlu və 1994-cü il təvəllüdlü Bayramlı Asif Natiq oğludur. O da məlum olub ki, bu, adıçəkilən şəxslərin elədiyi ilk quldurluq faktı deyil. Cütlük bu hadisədən bir gün əvvəl - dekabrın 15-də də Tələt Məmmədov adlı şəxsə basqın ediblər.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












