Bakıda tanınmış həkimə qarşı dələduzluq edən qadının məhkəməsi başlayıb

Xətai Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Günel Şıxıyevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumataları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası dekabrın 21-nə təyin edilib.
Qeyd edək ki, G.Şıxıyeva Sinqapura turizm səfəri təşkil etmək adı ilə vətəndaşları aldadaraq pul alıb. Aldığı pulun qarşılığında hətta müştərilərə təyyarə biletləri də satan G.Şıxıyevanın əməlləri elə hava limanında üzə çıxıb. Ondan turizm paketini alan müştəri hava limanına çatan zaman təyyarə biletinin saxta olduğunu öyrənib.
Səkkiz zərərçəkmişin şikayəti əsasında G.Şıxıyeva saxlanılıb, lakin barəsində həbs qətimkan tədbiri seçilməmişdi.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Şıxıyeva 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətində qətimkan tədbiri dəyişdirilib, G.Şıxıyeva məhkəmə zalında həbs olunub.
G.Şıxıyevanın daha bir cinayət əməli üzə çıxıb. Belə ki, o, tanınmış həkim Qeys Əsədliyə qarşı dələduzluq edib. G.Şıxıyevanın barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzlu, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Q.Əsədli Milli Onkologiya Mərkəzində Baş-Boyun Cərrahiyyəsi Şöbəsində üz-çənə cərrahı kimi çalışır.
Bu markada nasazlıq aşkarlandı; yüzlərlə avtomobil geri çağırılır
Çuxurlarla dolu yollar Lökbatan sakinlərini cana yığıb - VİDEO
Ölkəyə avtomobil gətirənlərin nəzərinə; gömrükdə nələrlə qarşılaşacaqsınız? - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO - YENİLƏNİB
Sudan istifadəyə görə kimlər ödəniş edəcək? – RƏSMİ AÇIQLAMA
Biləcəridə qazılan yol sürücülər üçün təhlükə yaratmağa davam edir - VİDEO
G7 sammitinin əsas gündəmi hansı mövzu oldu? - Politoloq AÇIQLADI
ABB-nin SMS xidməti müştərilərə xəbərdarlıq edilmədən bahalaşıb? - RƏSMİ AÇIQLAMA
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var? - FOTO - VİDEO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA










