Bakıda Texniki-Humanitar Liseyin həyətində təhlükəli vəziyyət yaranıb - VİDEO

Bakıda məktəbin həyətində təhlükəli vəziyyət yaranıb. Məktəbin həyətindəki ağac qırılaraq digər ağaca söykənib. Bu vəziyyət həm şagirdləri, həm də valideynləri narahat edir. Avtosfer.az-ın məlumatına görə, təhlükəli vəziyyət paytaxtın Nəsimi rayonu, 20 Yanvar küçəsində, Texniki-Humanitar Liseyin həyətində yaşanır. Məktəbin şagirdləri deyir ki, ağac bir neçə gün əvvəl güclü külək səbəbindən qırılaraq yanındakı ağaca söykənib. Valideynlər də uşaqları məktəbə gətirərkən ərazidən ehtiyatla keçdiklərini deyirlər. Onlar məsələ ilə bağlı məktəb rəhbərliyinə məlumat da veriblər. Texniki-Humanitar Liseyin direktor müavini Elçin Həsənov deyir ki, bu hadisə ilə əlaqədar məktəb rəhbərliyi də narahatdır. Bununla bağlı müvafiq qurumlara məlumat verilib. Bakı Şəhər Təhsil İdarəsindən bildirildi ki, Bakı Şəhər Yaşıllaşdırma İdarəsi tərəfindən məktəbə baxış keçirlib. Həmin ağacın kəsilməsi üçün məktəbdə 2-ci növbədə dərslərin bitməsini gözləyirlər. Dərs bitən kimi ağacın kəsilməsi prosesi həyata keçiriləcək.
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA











