Bakıda tıxac, avtobuslar gecikir
Gündəm
2 Oktyabr 2018 09:49
Oxunub 888

"Sərnişinlərdən xahiş edirik ki, ləngimələri anlayışla qarşılasınlar"
Bakının küçə və prospektlərində tıxac yaranıb. Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, bu dəqiqələrdə Bakı şəhəri üzrə bəzi küçə və prospektlərdə sıxlıq və tıxac müşahidə edilir. Yollardakı sıxlıq və tıxac səbəbindən avtobusların təyin olunmuş interval üzrə hərəkətində ləngimələr qeydə alınır: "Sərnişinlərdən xahiş edirik ki, sıxlıq və tıxacla əlaqədar avtobusların ləngiməsini anlayışla qarşılasınlar".
Namiq
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













