Bakıda tıxacları aradan qaldıracaq YENİ TƏKLİF

Dünya təcrübəsi göstərir ki, iri şəhərlərdə ictimai nəqliyyatın səmərəli və dayanıqlı idarə olunması üçün vahid rəqəmsal dispeçer mərkəzlərinin yaradılması əsas şərtlərdən biridir. London, Berlin, Sinqapur və Vyana kimi şəhərlərdə metro, avtobus, tramvay və dəmiryolu xətləri vahid rəqəmsal platforma üzərindən real vaxt rejimində idarə olunur.
Avtosfer.az baku.ws-ə istinadən xəbər verir ki, bu sözləri nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.
Onun sözlərinə görə, bu sistemlər gecikmələrin əvvəlcədən proqnozlaşdırılmasına, marşrut və qrafiklərin avtomatik uzlaşdırılmasına, sərnişinlərin operativ məlumatlandırılmasına imkan verir:
"Rəqəmsal dispeçerlik analoq idarəetmədən əsaslı şəkildə fərqlənir. Real vaxt məlumatları əsasında sürətli qərarvermə, data əsaslı planlama və resurslara qənaət bu yanaşmanın əsas üstünlükləridir.
Eyni zamanda, bütün nəqliyyat növlərinin bir sistem daxilində koordinasiyası ümumi şəhər axınının daha səmərəli idarə olunmasına şərait yaradır.
Bakı şəhəri üçün vahid rəqəmsal dispeçer mərkəzinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Metropoliten, dəmiryolu, avtobus xətləri və perspektivdə planlaşdırılan tramvay marşrutları eyni nəqliyyat mühitində fəaliyyət göstərir. Pik saatlarda yüklənmənin yüksək olması operativ və mərkəzləşdirilmiş koordinasiyanı zəruri edir. Bundan əlavə, yeni marşrutların və xətlərin planlaşdırılması üçün dəqiq və etibarlı məlumat bazasına ehtiyac var.
Şəxsi avtomobillərdən istifadənin azaldılması və vətəndaşların ictimai nəqliyyata etimadının artırılması üçün sistemli, proqnozlaşdırıla bilən və şəffaf idarəetmə mexanizmi vacibdir. Parçalanmış və analoq dispeçerlik gec reaksiyalara səbəb olduğu halda, rəqəmsal dispeçerlik vahid, sürətli və çevik idarəetmə imkanı yaradır.
Nəticə etibarilə, Bakı üçün vahid rəqəmsal dispeçer mərkəzinin yaradılması texnoloji yenilik deyil, şəhər mobilliyinin davamlı inkişafı üçün zəruri addımdır".
Xətai rayonunda cinayətkar qrupun 11 üzvü HƏBS EDİLDİ - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
Ceyhunu öldürən şəxslər məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA












