Bakıda tıxacların həlli üçün yeni yol SXEMİ – Hansı istiqamətlərdə tətbiq olunacaq?

Son bir il ərzində Bakı şəhərində yol hərəkətinin təşkili ilə bağlı aparılan dəyişikliklər, xüsusilə də birtərəfli yolların sayının artırılması geniş müzakirələrə səbəb olub. Bu addımların əsas məqsədi nəqliyyat axınını tənzimləmək və sıxlığı azaltmaq olsa da, praktiki baxımdan bəzi hallarda əks təsir yaratdığı sürücülər tərəfindən iddia olunur.
Mənzil başına qədər məsafənin uzanması və yeni yol sisteminə alışma çətinliyi sürücülər üçün əlavə problemlər yaradır. Daha bir problem isə birtərəfli yollar çoxaldıqca alternativ yolların yükünün artması ola bilər.
Şəhər daxilində yolların yenidən təşkil olunması ilə tıxac probleminin həllində gözlənilən nəticə əldə olunubmu?
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı məsələ ilə bağlı bildirdi ki, birtərəfli yolların təşkili xüsusilə məhəllədaxili, dar yollarda çox əlverişlidir:
“Bəzi yolların birtərəfli edilməsi çox vacibdir. Belə yolların təşkilinə müsbət yanaşmaq lazımdır. Ciddi tıxac problemi ilə üzləşdiyimiz bir dövrdə hərəkətin bu cür təşkil olunması faydalıdır. Məsələn Səbail ərazisində sıxlıq yaşanan yollarda birtərəflilik təşkil edilməsi müsbət nəticə verdi.
Hazırda Ziya Bünyadov ərazisində bu sistemə ciddi şəkildə ehtiyac var. Çünki oradakı alternativ yollarda, darısqal küçələrdə hərəkətin ikitərəfli olması ciddi problemlər yaradır. Sıxlıq vaxtı sürücülər həmin küçələrə çox axın edirlər. Müxtəlif naviqasiya proqramları da onları həmin küçələrə yönləndirir. Darısqal yol ikitərəfli olduğuna görə xaos yaranır. Bunun qarşısını almağın ən yaxşı yollarından biri məhz birtərəfli yollardır”.
Sürücülər arasında çaşqınlıq yaranması məsələsinə gəlincə isə ekspert bildirdi ki, yol hərəkərtinin təşkili ilə bağlı yeniliklər hərəkətin intensivliyinə hesablanmış addımdır. Bunun çaşqınlıq kimi qəbul edilməsi doğru deyil./bizim.media
Tıxacda bu hərəkət böyük qəzaya səbəb ola bilər – XƏBƏRDARLIQ
Bakıda taksi qiymətləri niyə artır? - Ekspert
Ağalıda 5-ci Bilik Günü qeyd edilib - VİDEO
Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?
Bakıda piyada keçidləri hər kəs üçün əlçatandırmı? – ARAŞDIRMA – FOTO
Diplomatların Qarabağa 22-ci səfəri region üçün hansı mesajlar verir? - AÇIQLAMA
Sabahdan ictimai nəqliyyatda hansı yeniliklər olacaq? – Qurumlardan AÇIQLAMA
Bakıda taksi qiymətləri 2 dəfə bahalaşdı - Səbəb tıxacdır?
Bakı metrosunda qatarlar tuneldə qaldı – Səbəb AÇIQLANDI - RƏSMİ - YENİLƏNİB
Məktəb yollarında sürücüləri yavaşlatmağın yeni üsulu – TƏKLİF
Paytaxtın hazırda sıxlıq olan küçələri: SİYAHI - FOTO











