Bakıda tramvay xətti çəkilir: nə dəyişəcək?

Bakıda tramvay xətlərinin yenidən çəkilməsi ictimai nəqliyyatın gücləndirilməsi və avtomobil yollarında yüklənmənin azaldılması baxımından effektiv addımdır.Tramvaylar maneəsiz hərəkət etdiyindən daha çox sərnişin daşımaq imkanına malikdir və bu xüsusiyyət avtomobil istifadəsinin azalmasına müsbət təsir göstərə bilər.
Bu sözləri nəqliyyat eksperti Eldəniz Cəfərov Bakıda tramvay xətlərinin tətbiqi perspektivlərindən danışarkən deyib.
Ekspert bildirib ki, hazırda Bakının ictimai nəqliyyat sistemi əsasən avtobus və metrodan ibarətdir, dəmir yolu və taksi isə köməkçi rol oynayır. Onun fikrincə, tramvayların yenidən paytaxt nəqliyyatına qaytarılması bu sistemi daha da gücləndirəcək və şaxələndirəcək:
“Avtobus, metro və tramvaydan ibarət nəqliyyat üçbucağı formalaşacaq. Müasir tramvaylar sovet dövründəki nümunələrdən köklü şəkildə fərqlənməlidir.Yeni tramvaylar daha səssiz, daha effektiv və daha sürətli olmalıdır. Bakı kimi böyük və sıx şəhər üçün tramvay kifayət qədər effektiv nəqliyyat növüdür. Əsas şərt tramvay xətlərinin avtomobil yolları ilə kəsişməsinin minimuma endirilməsi və onun ayrıca zolaqla hərəkət etməsidir”.
O əlavə edib ki, tramvay xətlərinin salınması yol infrastrukturunda müəyyən dəyişikliklər tələb etsə də, bu, risk və ya çətinlik deyil, sadəcə layihənin icrası üçün zəruri olan mərhələlərdir.
Qeyd edək ki, Mehdiabad qəsəbəsindən “28 May” metrostansiyasına qədər tramvay xəttinin tətbiqi ilə bağlı ilkin texniki-iqtisadi əsaslandırma sənədi artıq hazırlanıb və hazırda layihələndirmə işləri həyata keçirilir./axar.az
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












