Bakıda tramvaylar niyə ləğv edilmişdi?

Bakıda tramvayların sökülməsi və yenidən qurulması məsələsi son illərdə şəhər nəqliyyatı ilə bağlı müzakirələrin mərkəzindədir. Şəhər hakimiyyəti bu qərarı infrastrukturun köhnəlməsi və ictimai nəqliyyatın modernləşdirilməsi məqsədilə həyata keçirmişdi, lakin tramvayların bərpası şəhərə bir sıra iqtisadi, ekoloji və sosial faydalar gətirə bilər.
Mövzu ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, tramvay vaxtilə şəhərdə mövcud idi və yaxşı işləyirdi, lakin sonradan ləğv olundu:
“Tramvayların ləğv edilmə səbəbləri ehtimal ki, müəyyən iqtisadi böhran dövrünə düşməsi, ehtiyat hissələrinin çatışmazlığı, texniki baxım və təmirdə problemlər, eləcə də elektrik enerjisinin təminatı ilə bağlı çətinliklərdən irəli gəlirdi. Sonradan relslər söküldü və həmin yerlərdə avtomobil yolları salındı. Halbuki əvvəlki tramvay xətti çox əlverişli güzərgah idi və indiki sıxlıqda ciddi müsbət təsir göstərə bilərdi”.
Ekspert vurğulayıb ki, tramvayın yenidən bərpası ictimai nəqliyyatın optimallaşdırılması, genişləndirilməsi və əlçatanlığının artırılması baxımından önəmlidir:
“Şəhərin oturuşmuş mərkəzində yeni tramvay xətləri yaratmaq çətindir, çünki binalar, göydələnlər və digər obyektlər artıq mövcuddur. Bununla belə, imkan olan yerlərdə yenidən tramvay xətləri salına bilər. Hazırda əsas planlaşdırma "Sea Breeze" yaşayış kompleksindən, Mehdiabaddan, Binəqədidən, Məhəmmədidən keçərək 28 May metrosuna qədər olan istiqamətdə aparılır və bu istiqamətdə konsepsiya hələ hazırlanma mərhələsindədir”.
Qeyd edək ki, tramvayın bərpası şəhərin nəqliyyat sistemində sıxlığı azaltmaq, ekoloji vəziyyəti yaxşılaşdırmaq və vətəndaşlar üçün əlçatan ictimai nəqliyyat imkanları yaratmaq baxımından strateji əhəmiyyətə malikdir./demokrat.az
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA












