Bakıda tükürpədici cinayət: Oğlan nişanlısını güllələdi - VİDEO

Bakıda tükürpədici cinayət törədilib. Avtosfer.az xəbər verir ki, oğlan elçi göndərdiyi qızın evinə basqın edərək gələcək həyat yoldaşını öldürüb,qayınanasını isə güllələyib.
Elçilik ağır cinayətlə sona çatıb. Qızı versələr də, oğlan onların evinə silahla basqın edərək, sevdiyi qızı və onun anasını güllələyib.
Dəhşətli cinayət gecə saatlarında paytaxtın Sabunçu rayonu Balaxanı qəsəbəsində baş verib. Məlumata görə, Balaxanı qəsəbə sakini, 19 yaşlı Sabir Qədimovun ailəsi Cəfərovlar ailəsinin qızı 17 yaşlı Aytən Cəfərovaya elçi göndərib.
Qızın bibisi Məlahət Axıyevanın sözlərinə görə, Sabir Qədimov gecə saatlarında babasına məxsus ov tüfəngini götürüb qızın evinə basqın edib. O, tüfənglə fərdi yaşayış evinin həyətində Aytən Cəfərovanın başına və bədəninə atəş açıb. Onun qarşısını almaq istəyən qızınanası, 55 yaşlı Esmira Cəfərova əlindən və çiynindən güllə yarası alıb.
Səsə çıxan qonşular dərhal polisə məlumat veriblər. Sabir Qədimov isə hadisə yerindən qaçaraq gizlənib. Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Aytən Cəfərova başından və döş qəfəsindən xəsarət aldığı üçün onun həyatını həkimlər xilas edə bilməyiblər. Anası Esmira Cəfərova isə dərhal əməliyyat olunub.
Əməliyyatçılar hadisədən sonra qaçıb gizlənən Sabir Qədimovu saxlayıblar. İlkin ifadəsində o, hadisəni aralarında yaranmış münaqişə zəminində törətdiyini deyib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda müvafiq maddələrlə cinayət işi başlanıb, istintaq davam edir.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












