Bakıda turistlərin pulları və mobil telefonunu oğurlayan şəxs saxlanılıb

Bakıda turistlərin pullarını və mobil telefonun oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, bu günlərdə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən ölkəmizə turist kimi gəlmiş əcnəbi vətəndaş Səbail rayonu ərazisində yaşadıqları mənzildən oğurluq edildiyini bildirib. Dərhal Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinin əməkdaşları Nizami küçəsindəki hadisə baş verən ünvana gələrək müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, aprelin 30-u axşamdan mayın 1-i səhərədək olan müddətdə orada yaşayan 4 əcnəbi vətəndaşın ümumilikdə 815 ABŞ dolları, 280 manatı, 220 tüməni və 1 mobil telefonu oğurlanıb. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək “isti izlər”lə saxlanılıb. Araşdırmalarla onun həmin turistlərə bələdçilik edən Astara rayon sakini Ramid Nəbiyev olduğu müəyyən edilib. Məlum olub ki, o, kirəkeşlərin mənzildə olmadıqlarından istifadə edərək əvvəlcədən hazırladığı ehtiyat açarla mənzilə qanunsuz daxil olaraq onların pulunu və mobil telefonunu oğurlayıb.
“Samsung S-3” markalı mobil telefon maddi sübut kimi ondan götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Fərid
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI










