Bakıda ürəkbulandıran “gözəllik salonu” - VİDEO

Qida Təhlükəsizliyi Agentliyi Xətai rayonu Məhəmməd Hadi küçəsi 73 ünvanında dönər üçün nəzərdə tutulmuş ət emalı sexində qanunsuzluq aşkarlayıb. Avtosfer.az ARB TV-yə istinadən xəbər verir ki, reyd zamanı obyektin nə sanitar-gigiyenik qaydalara cavab verməsi, nə də toyuq və digər ət məhsullarının mənşəyi məlum olub. Qaralmış farş, çürüməkdə olan çəkilmiş toyuq və digər ət məhsulları...
AQTA-nın Bakı şəhər idarəsinin sektor müdiri Nizami Zeynalov məsələ barədə danışıb: “Özünü sahibkar kimi təqdim edən Qasımov Eldar Cavanşir oğlu müəssisədə heç bir zəruri sanitar-gigiyenik tələblərə uyğun olmadan mənşəyi məlum olmayan toyuq və mal ətini sümükdən ayıraraq, ondan farş və kiçik hissələrdə ət məhsullarını dönər satışı məntəqələrinə paylayırdı”.
Qasımov Eldar Cavanşir oğluna məxsus sexdən laborator müayinələr üçün nümunələr götürülüb.
AQTA-nın Bakı şəhər idarəsinin rəisi Əkbər Əliyev müəssisənin fəaliyyətinin dayandırılacağını bildirib: “Hal-hazırda qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisənin fəaliyyəti dayandırılacaq. Tərəfimizdən möhürlənəcək, hüquqi qiymətin verilməsi üçün aidiyyəti orqanlara göndəriləcək”. Ən maraqlısı, obyektin adıdır. İşbazlar buranın gözəllik salonu olduğunu göstərən reklam lövhəsi ilə izi azdırmağa çalışıblar.
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA










