Bakıda uşağın qızıl əmziyi oğurlandı

Bakıda maraqlı və kuryoz oğurluq hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə sputnik.az-a Nərimanov Polis İdarəsindən bildirilib. Məlumata görə, noyabrın 1-də sat 19.30 radələrində Gənclik metrostansiyasında yerləşən Gənclik Mall ticarət mərkəzində 2016-cı il təvəllüdlü Aslanov Yusif Elşən oğlunun boynundan asılmış qızıl boyunbağı və ondan asılmış qızıl əmzik naməlum şəxs tərəfindən oğurlanıb. Eyni zamanda, uşağın iki qızıl gözmuncuğu da oğurlanıb. Oğurluq barədə 18-ci polis şöbəsinə uşağın anası, 1993-cü il təvəllüdlü Sevinc Aslanova məlumat verib. Polisin məlumatına görə, oğurluq hadisəsi ananın başı paltar seçiminə qarışarkən baş verib. O, uşağı həmin vaxt nəzarətsiz qoyub. Hüquq mühafizə orqanlarının əməkdaşları müəyyən edib ki, əmziyin ətrafı qızıl suyuna salınmış olub. "Bəşəriyyət kosmosu fəth edir, bizim insanlar isə uşaqları körpəlikdən qızıla alışdırırlar. Gülməlidir, amma oğurluq araşdırmalıdır. Biz artıq videonun təqdim edilməsi üçün Gənclik Mall rəhbərliyinə müraciət etmişik və gözləyirik. Hesab edirik ki, körpənin əmziyinin oğrusunu tapacağıq" – deyə Nərimanov Rayon Polis İdarəsindən bildirilib. Faktla bağlı araşdırma davam edir.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












